Kriminal
Şamaxıda ana və iki övladı dəm qazından zəhərləndilər
Şamaxı rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Mərzəndiyə kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Aygün Azadxan qızı Miraliyeva və övladları - 2002-ci il təvəllüdlü Asif Namiq oğlu Miraliyev və 2008-ci il təvəllüdlü Natiq Namiq oğlu Miraliyev dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib, vəziyyətləri sabitdir. Samir Əli
Mənbə
oxu.az