Kriminal

Mingəçevirdə bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

05 Feb 2026, 09:32 1 baxış
Mingəçevirdə bir ailənin dörd üzvü dəm qazından zəhərləndi
Mingəçevir şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib. Şəhər sakini, 38 yaşlı Nübar Yusifova və qızları -16 yaşlı D.Yusifli, 12 yaşlı N.Yusifli və oğlu 10 yaşlı E.Yusifli dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına çatdırılıblar. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər