Dünya
"Buzlar ölkəsi"ndə anomal istilər: Bütün müşahidə tarixinin rekordu qırıldı
Qrenlandiyada meteoroloqlar bütün müşahidələr tarixi ərzində yanvar ayının ən yüksək temperaturunu qeydə alıblar. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. "2026-cı ilin yanvar ayında orta temperatur 0.2 dərəcə Selsi təşkil edib ki, bu da bütün müşahidələr tarixi ərzində ən yüksək göstəricidir və 1991-2020-ci illər üzrə tarixi orta temperatur olan -7.7 dərəcə Selsini əhəmiyyətli dərəcədə üstələyir", - deyə məlumatda bildirilib. Qrenlandiya İqlim Tədqiqatları Mərkəzinin rəhbəri Yakob Hoyerin sözlərinə görə, havanın istiləşməsi suyun temperaturunun yüksəlməsinə səbəb olacaq ki, bu da Danimarkanın muxtar bölgəsinin ekosisteminə təsir göstərəcək.
Mənbə
oxu.az