Dünya
ABŞ-nin ən böyük qəzetində kütləvi ixtisarlar başlayıb
"The Washington Post" qəzetinin baş redaktoru Mett Murrey qəzetin işçiləri arasında kütləvi ixtisarların başladığını elan edib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" mənbəyə istinadən məlumat yayıb. İxtisarlar qərarı maliyyə çətinlikləri səbəbindən verilib. Siyasət və hökumət mövzularını işıqlandıran əsas şöbə istisna olmaqla, qəzetin bütün şöbələrində dəyişikliklər nəzərdə tutulur. Bundan əlavə, idman bölməsinin də bağlanacağı açıqlanıb.
Mənbə
oxu.az