Dünya
Dünyanın ən populyar moda brendi açıqlandı
Moda sənayesində istehlakçı davranışının təhlili üzrə ixtisaslaşmış "Lyst" platformasının ekspertləri 2025-ci ilin son rübü ərzində dünyanın ən populyar moda brendini açıqlayıblar. Oxu.Az bildirir ki, bu barədə məlumat eyniadlı saytda dərc olunub. Reytinqə yenidən fransız brendi "Saint Laurent" başçılıq edib. İkinci və üçüncü yerlərdə əvvəlki kimi "Miu Miu" və "COS" qərarlaşıb. Öz növbəsində "Ralph Lauren" beş pillə irəliləyərək dördüncü yerə yüksəlib, ilk beşliyi isə "Prada" tamamlayıb. Həmçinin "Coach", "The Row", "Burberry", "Gucci" və "Moncler" brendləri də ilk onluğa düşüblər.
Mənbə
oxu.az