Dünya
Tramp: "Xamenei narahat olmalıdır"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın ali rəhbəri Əli Xamenei narahat olmalıdır. Oxu.Az xəbər verir ki, o bu sözləri "NBC News" telekanalına açıqlamasında deyib. "Mən deyərdim ki, bəli, o, çox ciddi şəkildə narahat olmalıdır. Bildiyiniz kimi, onlar bizimlə danışıqlar aparırlar", - deyə Tramp vurğulayıb. Bununla yanaşı, Tramp İrana xəbərdarlıq edərək qeyd edib ki, əgər Tehran nüvə proqramını bərpa etməyə və yeni obyektlər açmağa qərar verərsə, ABŞ "çox pis addımlar" atacaq.
Mənbə
oxu.az