İdman

Messinin Argentina klubuna keçidi üzrə danışıqlar başlayıb

05 Feb 2026, 02:48 1 baxış
Messinin Argentina klubuna keçidi üzrə danışıqlar başlayıb
Argentinanın "Nyuells Old Boyz" klubunun vitse-prezidenti Xuan Manuel Medina bəyan edib ki, Lionel Messinin transferini 2027-ci ilin yanvarında həyata keçirməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, Medina bu barədə "Toda Pasion" nəşrinə müsahibəsində bildirib. O həmçinin potensial keçidlə bağlı danışıqların artıq başladığını təsdiqləyib: "Hər şey infrastruktur və rəqabətədavamlı idman layihəsi baxımından nə təklif edə biləcəyimizdən asılıdır. Danışıqlar olub, ideya irəli sürülüb, lakin hələlik qərar yoxdur".
Mənbə oxu.az

Oxşar Xəbərlər