İdman

Səudiyyə Ərəbistanında "itkin düşmüş" Kriştianu Ronaldunun posterləri asılıb

05 Feb 2026, 01:54 1 baxış
Səudiyyə Ərəbistanında "itkin düşmüş" Kriştianu Ronaldunun posterləri asılıb
Səudiyyə Ərəbistanında "Ən-Nəsr" komandasının hücumçusu Kriştianu Ronaldunun axtarışda olan şəxslərin elanlardakı şəkillərinə bənzəyən parodiya posterləri peyda olub. Oxu.Az bildirir ki, bu barədə "The Touchline" məlumat yayıb.
{{gallery}} "Xahiş edirik, əgər Kriştianunu görmüsünüzsə, bizə xəbər verin. O, evdən çıxıb və geri qayıtmayıb. Harada olduğunu bilirsinizsə, zəhmət olmasa, 7777-222-43-41 nömrəsi ilə əlaqə saxlayın", - posterlərin üzərindəki mətndə deyilir: Bu etiraz Ronaldunun boykotuna azarkeşlərin reaksiyası idi. "Ən-Nəsr"in məşhur hücumçusu Səudiyyə Ərəbistanı çempionatının 20-ci turunda "Ər-Riyad"la oyunda (1-0) heyətə qatılmayıb. Mediada yayılan məlumatlara görə, futbolçu bu addımı ilə Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən idarə olunan klubun siyasətinə qarşı etiraz edib. Fevralın 3-də "Record" 40 yaşlı oyunçunun "Ən-Nəsr"də özünü bədbəxt hiss etdiyini və yayda klubdan ayrıla biləcəyini yazıb. Ronaldu 2023-cü ildən bəri Səudiyyə Ərəbistanının komandasında oynayır və bütün yarışlarda (127 oyun) iştirak edib, 111 qol vurub və 22 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər