Dünya

Bill Qeyts "Epşteyn işi"ndə adının çəkilməsinə münasibət bildirib

05 Feb 2026, 02:00 2 baxış
Bill Qeyts "Epşteyn işi"ndə adının çəkilməsinə münasibət bildirib
"Microsoft" şirkətinin qurucusu Bill Qeytsin adı amerikalı maliyyəçi Ceffri Epşteynin göndərilməmiş elektron məktubunda çəkilir. Milyarderin sözlərinə görə, həmin məktubu Epşteyn özünə yazıb. Oxu.Az bildirir ki, bu barədə Qeyts "9News"a verdiyi müsahibədə məlumat verib. "Görünür, Ceffri elektron məktubu özünə yazıb. Bu məktub heç vaxt göndərilməyib. Məktub saxtadır", - deyə sahibkar vurğulayıb. O, maliyyəçinin onu nüfuzdan salmağa cəhd etdiyini ehtimal edib. Qeyts Epşteynlə keçirdiyi hər dəqiqəyə görə peşman olduğunu bildirib və onunla əlaqəsinə görə üzr istəyib. Epşteyn yetkinlik yaşına çatmayanlara qarşı seksual zorakılıq və uşaqların seksual istismarı ittihamları ilə mühakimə olunurdu. O, 2019-cu ildə Manhettendəki həbsxanada intihar edib. Epşteynin 2013-cü il iyulun 13-də öz elektron ünvanına göndərdiyi iki məktubda iddia olunur ki, Qeyts rus qızları ilə cinsi əlaqədə olub və onlar milyarderi cinsi yolla keçən infeksiyalara yoluxdurublar. Epşteynin iddiasına görə, bu səbəbdən Qeyts antibiotiklər qəbul etməyə məcbur qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər