Dünya

Abbas Əraqçi İran-ABŞ danışıqlarının ləğvi ilə bağlı xəbərləri təkzib etdi

05 Feb 2026, 00:20 2 baxış
Abbas Əraqçi İran-ABŞ danışıqlarının ləğvi ilə bağlı xəbərləri təkzib etdi
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ ilə danışıqların, əvvəlcədən elan edildiyi kimi, fevralın 6-da Omanda keçirilməsi planlaşdırılır. Oxu.Az bildirir ki, A.Əraqçi bunu sosial mediada yazıb. "ABŞ ilə nüvə proqramı barədə danışıqların cümə günü (fevralın 6-da - red.), təxminən saat 10:00-da Maskatda (Omanın paytaxtı) keçirilməsi planlaşdırılıb. Bütün lazımi tədbirləri gördüklərinə görə omanlı qardaşlarımıza minnətdaram", - açıqlamada deyilir. Daha əvvəl "Axios" jurnalisti Barak Ravid mənbələrə istinadən Tehranın nüvə proqramı ilə bağlı fevralın 6-da Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının ləğv edildiyini bildirmişdi. "Axios"un məlumatına görə, bu, tərəflərin danışıqların formatı barədə razılığa gələ bilməməsi ilə bağlıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər