İdman
Nqolo Kantenin "Fənərbağça"da nə qədər qazanacağı məlum oldu
"Fənərbağça" Nqolo Kante ilə 2,5 illik müqavilə imzalayıb. Oxu.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, fransız futbolçuya 14 milyon 400 min avro imza haqqı ödəniləcək. "Fənərbağça" bu mövsümün qalan hissəsi üçün Kanteyə 5 milyon 500 min avro, 2026-2027 və 2027-2028-ci illər mövsümlərində isə hər mövsüm üçün 11 milyon avro maaş verəcəyi qeyd edilib.
Mənbə
oxu.az