İdman

Türkiyə Kuboku: "Qalatasaray"dan inamlı qələbə

04 Feb 2026, 23:34 1 baxış
Türkiyə Kuboku: "Qalatasaray"dan inamlı qələbə
Türkiyə Kubokunun A qrupunda "Qalatasaray" - "İstanbulspor" matçı keçirilib. Oxu.Az xəbər verir ki, üçüncü turun oyunu Okan Burukun yetirmələrinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.
"Qalatasaray"a qələbə qazandıran qolları Mauro İkardi, Lukas Torreyra və Ahmed Kutucu vurublar. "İstanbulspor"un təsəlli qolunun müəllifi isə Mendi Mamadu olub. Bununla da "Qalatasaray" qrupda ardıcıl üç oyunda meydandan qalibiyyətlə ayrılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər