Dünya

Cavad Zərif: "Uranı 60%-ə qədər zənginləşdirməyi ABŞ-ni qıcıqlandırmaq üçün etdik"

04 Feb 2026, 23:54 2 baxış
Cavad Zərif: "Uranı 60%-ə qədər zənginləşdirməyi ABŞ-ni qıcıqlandırmaq üçün etdik"
"İranın ABŞ ilə danışıqlar üçün ortada nə istəyi var, nə də niyyəti. Trampın "hazırıq" mesajları rəsmi Tehranı dialoqa inandıra bilmir". Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif "Əl-Cəzirə" televiziya kanalına müsahibəsində bildirib.
O, 2002-ci ildəki nüvə diskurslarını və üç Avropa ölkəsinin iştirakı ilə aparılan danışıqların iflasında ABŞ-nin rolunu xatırladaraq, təzyiqin İran iqtisadiyyatına zərər verdiyini, lakin ölkənin nüvə proqramını dəyişdirmədiyini vurğulayıb. Zərif açıq şəkildə etiraf edib ki, uranı 60%-ə qədər zənginləşdirmək lazım deyil və bu, "yalnız amerikalıların gözünə barmaq soxmaq üçün" həyata keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər