İdman

Futbol üzrə Azərbaycan Kuboku: "Sumqayıt"la  "Zirə" heç-heçəyə razılaşdılar

04 Feb 2026, 19:20 1 baxış
Futbol üzrə Azərbaycan Kuboku: "Sumqayıt"la  "Zirə" heç-heçəyə razılaşdılar
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib. Oxu.Az xəbər verir ki, ilk oyun günündə səfərdə "Sumqayıt"la "Zirə" heç-heçəyə razılaşıblar. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda hesab açılmayıb. Raundun cavab matçı martın əvvəlində təşkil ediləcək. Qeyd edək ki, günün növbəti matçında "Sabah" və "Qəbələ" kollektivləri üz-üzə gələcək. "Sabah" - "Qəbələ" görüşü isə saat 19:30-da start götürəcək. Bu oyun "Bank Respublika Arena"da reallaşacaq. Raundun cavab matçları martın əvvəlində təşkil ediləcək. Fevralın 5-də 1/4 final mərhələsinin "Şamaxı" - "Qarabağ" və "Turan Tovuz" - "Kəpəz" oyunları keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər