Kriminal

Şəmsi Səmədzadə həbs olundu

04 Feb 2026, 18:40 1 baxış
Şəmsi Səmədzadə həbs olundu
Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) saxlanılıb. Oxu.Az Demokrat.az-a istinadən xəbər verir ki, o, Gürcüstan ərazisində tutulub. Azərbaycanlı iş adamı Gürcüstan dövləti tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq. Məlumatı Şəmsi Səmədzadənin ailəsi də təsdiqləyib. Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib. Şəmsi Səmədzadə əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər