İdman

Ronaldo “itkin” düşdü, elan verildi - Foto

04 Feb 2026, 18:10 1 baxış
Ronaldo “itkin” düşdü, elan verildi - Foto

Səudiyyə Ərəbistanının bəzi küçələrində "Əl-Nəsr"in hücumçusu Kristiano Ronaldonun itkin düşmüş şəxs kimi istehzalı posterləri peyda olub.


Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Touchline” məlumat yayıb.


Mənbənin sözlərinə görə, posterin altında "40 yaşlı bir kişi - ailəsi onu axtararkən ağlamağa məcburdur” yazılıb.


Qeyd edək ki, daha əvvəl Ronaldonun klubla müqaviləsini ləğv etməyi düşündüyü barədə məlumatlar yayılmışdı.


Xatırladaq ki, Ronaldo 2023-cü ildən bəri "Əl-Nəsr"də oynayır. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.


Əlavə edək ki, nüfuzlu internet portalı "Transfermarkt" hücumçunun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

Mənbə axar.az

Oxşar Xəbərlər