İdman
Azərbaycan Premyer Liqasının keçmiş bombardiri I Liqa klubuna keçib
Azərbaycan Premyer Liqasının keçmiş bombardiri Nurlan Novruzov I Liqa təmsilçisi "Mingəçevir"ə keçib. Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən bildirilib. 32 yaşlı hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. Son klubu II Liqa təmsilçisi "Şəki PFK" olmuş təcrübəli futbolçu yeni komandasında 19 nömrəli formanı geyinəcək. Qeyd edək ki, Nurlan Novruzov 2014/2015-ci illər mövsümündə 15 qolla Premyer Liqanın bombardiri olub.
Mənbə
oxu.az