İdman
Yusif ən-Nesyri "Fənərbağça"dan ayrıldı - Yeni klubu...
"Fənərbağça" hücumçu Yusif ən-Nesyri ilə yollarını ayırıb.
Axar.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Yusif ən-Nesyri Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu ilə anlaşıb.
Tərəflər müqavilənin şərtləri barədə tam razılığa gəliblər.
Qeyd edək ki, mərakeşli hücumçu 2024-cü ilin yayından "Fənərbağça"nın şərəfini qoruyurdu.
Mənbə
axar.az