İdman

Azərbaycan millisi Gürcüstanla iki yoxlama oyunu keçirəcək

04 Feb 2026, 16:20 1 baxış
Azərbaycan millisi Gürcüstanla iki yoxlama oyunu keçirəcək
Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət yığması fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq. Oxu.Az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, U-17 millisinin hazırlıq proqramı çərçivəsində fevralın 6-da və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək. Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Akademiyasında keçirilməsi planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər