Dünya
Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqlar başladı
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqlar başlayıb və danışıqlar müxtəlif formatlarda keçirilir. Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS agentliyi mənbəyə istinadən məlumat verib. "Danışıqlar başlanmış hesab edilə bilər, müxtəlif istiqamətlərdə və formatlarda olacaq. Görüşdə medianın iştirakı nəzərdə tutulmayıb", - deyə mənbə bildirib.
Mənbə
oxu.az