Dünya
Hindistan-ABŞ ticarət razılaşması Pekinə qarşı Delhinin güclənməsidir
ABŞ-nin Prezidenti Donald Tramp Hindistanla geniş ticarət sazişinin yekunlaşdığını elan edib. Ekspertlər bildiriblər ki, bu razılaşma sadəcə Hindistan ixracatında tariflərin azalması deyil, həm də Delhi şəhərini qlobal təchizat zəncirlərində Çinin əsas alternativinə çevirəcək. Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, sazişlə Hindistanın ABŞ ixracatında tariflər 50%-dən 18%-ə endirilib. Bu göstərici Çin (47%), Pakistan və Banqladeş (20%), Vyetnam və İndoneziya (19-20%) ilə müqayisədə daha aşağıdır. ABŞ-nin vitse-prezidenti Cey Di Vens razılaşmanın "qlobal ticarəti tarazlamağa" xidmət etdiyini bildirib. Ekspertlər vurğulayıblar ki, razılaşma Hindistanın istehsal və ixrac potensialını gücləndirərək Çinə qarşı strateji üstünlük yaradacaq. Hindistan 2026-cı ildə Avropa İttifaqı ilə də sərbəst ticarət sazişi imzalamağı planlaşdırır ki, bu da öz növbəsində ölkəni daha güclü ixrac mərkəzinə çevirəcək.
Mənbə
oxu.az