İdman
"Nyukasl Yunayted" Bakıdakı oyuna yollanacaq azarkeşləri üçün biletlərin qiymətini açıqlayıb
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq "Nyukasl Yunayted" klubu Bakıda keçiriləcək oyun üçün biletlərin qiymətlərini açıqlayıb. Oxu.Az xəbər verir ki, qiymətlər 18 funt sterlinq olaraq müəyyən edilib. Bildirilib ki, 16 yaşadək olan hər kəs 18 yaş və yuxarı bir şəxsin müşayiəti ilə stadiona daxil olmalıdır. Bu səfər "Nyukasl Yunayted"in tarixinə düşəcək. Komanda Bakıya çatmaq üçün turnir tarixində ən uzun - 2 529 mil (təxminən 4 070 km) qət edəcək. Xatırladaq ki, fevralın 18-də UEFA Çempionlar Liqasının play-off mərhələsində "Qarabağ" Bakıda "Nyukasl Yunayted"ə qarşı ilk görüşünü keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.
Mənbə
oxu.az