Kriminal

Bakıda bir yaşlı körpə evdə qəfil öldü

04 Feb 2026, 12:20 1 baxış
Bakıda bir yaşlı körpə evdə qəfil öldü
Bakı şəhərində bir yaşlı körpə qəfil ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə fevralın 3-də paytaxtın Xəzər rayonu, Qala qəsəbəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb. Həmin evdə yaşayan 2025-ci il təvəllüdlü Həmra Hacıyevanın səhhəti qəfil pisləşib və körpə dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər