İdman

Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürür

04 Feb 2026, 11:28 1 baxış
Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürür
Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək. Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Saat 17:00-da "Sumqayıt" futbol klubu "Zirə"ni qəbul edəcək. Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Günün növbəti matçında "Sabah" və "Qəbələ" üz-üzə gələcəklər. "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək. Azərbaycan Kuboku 1/4 final, ilk oyunlar 4 fevral 17:00. "Sumqayıt" - "Zirə" Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli. VAR: Kamal Umudlu. AVAR: Eyyub İbrahimov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 19:30. "Sabah" - "Qəbələ" Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev. VAR: Nicat İsmayıllı. AVAR: Zeynal Zeynalov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Elgiz Abbasov. "Bank Respublika Arena" Qeyd edək ki, 1/4 final mərhələsinin digər "Şamaxı" - "Qarabağ" və "Turan Tovuz" - "Kəpəz" oyunları sabah keçiriləcək. Cavab oyunları isə martın 3-4-də baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər