Dünya

Pentaqon yüzminlərlə kamikadze dron ehtiyatı yaradır

04 Feb 2026, 12:00 2 baxış
Pentaqon yüzminlərlə kamikadze dron ehtiyatı yaradır
ABŞ-nin Hərb Nazirliyi yüzminlərlə zərbə təyinatlı pilotsuz uçuş aparatından (PUA) ibarət ehtiyat baza yaratmağı planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib. Hərb naziri Pit Hegset ABŞ ordusunun qısa müddətdə pilotsuz uçuş aparatları ilə geniş təchizinə imkan verəcək satınalma strategiyasının hazırlanması barədə göstəriş verib. Nazirlik artıq "Drone Dominance Program" çərçivəsində layihənin birinci mərhələsində iştirak edəcək 25 şirkətin adını açıqlayıb. Fevralın 18-də "Fort-Benninq" bazasında "Gauntlet" adlı birinci mərhələ başlayacaq. Bu etapda hərbçilər təchizatçılar tərəfindən təqdim olunan sistemləri sınaqdan keçirəcək və qiymətləndirəcəklər. Bu prosesin martın əvvəlində başa çatdırılması və təxminən 150 milyon dollar dəyərində prototiplər üçün sifarişlərin yerləşdirilməsi planlaşdırılır. Təchizat bundan dərhal sonra başlayacaq və növbəti beş ay ərzində davam edəcək. Proqram ümumilikdə dörd mərhələdən ibarətdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər