Kriminal

Bakıda gənc oğlan bıçaqlandı, həmyaşıdı saxlanıldı

04 Feb 2026, 10:32 1 baxış
Bakıda gənc oğlan bıçaqlandı, həmyaşıdı saxlanıldı
23 yaşlı oğlan Bakıda küçədə bıçaqlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Gecə saatlarında 2003-cü il təvəllüdlü Elvin Elman oğlu Məmmədov Cavanşir küçəsi, 21a ünvanının yaxınlığında tanışı - 2003-cü il təvəllüdlü Asəf Cavid oğlu Şıxəliyevə qarın və sol qolunun alt nahiyəsindən iki bıçaq zərbəsi vurub. Faktla bağlı cinayət işi başlanılıb, Elvin Məmmədov şübhəli şəxs qismində tutulub. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər