İdman

İtaliya A Seriyası: "Milan" böyükhesablı qələbə qazandı

04 Feb 2026, 01:50 1 baxış
İtaliya A Seriyası: "Milan" böyükhesablı qələbə qazandı
İtaliya A Seriyasının 23-cü turunun oyunlarına "Bolonya" - "Milan" qarşılaşması ilə yekun vurulub. Oxu.Az xəbər verir ki, oyun qonaqların qələbəsi ilə başa çatıb - 0:3.
Matçda qolları Ruben Loftus-Çik, Kristofer Nkunku (penaltidən) və Adrien Rabyo vurublar. Bu nəticə ilə "Milan" 50 xalla 2-ci pillədə qərarlaşıb. Aktivində 30 xalı olan "Bolonya" isə 10-cu yerdədir. Turnir cədvəlinə 55 xalla "İnter" başçılıq edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər