Siyasət

Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib

04 Feb 2026, 00:40 1 baxış
Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva fevralın 3-də Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Şeyx Zayed məscidi dünyanın ən böyük altı məscidindən biridir və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyır. Məscidin tikinti işlərinə 1996-cı ildə başlanılıb. Burada təxminən 50 min nəfər eyni anda ibadət edə bilər. Bu möhtəşəm tikilidə fasiləsiz olaraq Quran oxunur.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər