İdman
"Kəpəz" rəsmisi: "Futbolçumuzun bıçaqlanmasının araşdırılmasında maraqlıyıq"
"Kəpəz" futbol klubunun media və marketinq direktoru Gəray Qiyasov klubunun oyunçusu Veysəl Rzayevin bıçaqlanma hadisəsi ilə bağlı açıqlama verib. O bildirib ki, hadisə klubdan kənarda baş versə də, rəhbərlik futbolçunun yanındadır: "Məşqçilər və rəhbərlik Veysəli xəstəxanada ziyarət etdilər. Məsələnin araşdırılmasında klub həm maraqlıdır, həm də əlindən gələn dəstəyi göstərir".
Qeyd edək ki, hadisə fevralın 3-də səhər saatlarında Gəncə şəhərində qeydə alınıb. İnsident nəticəsində Veysəl Rzayev döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda futbolçunun müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mənbə
oxu.az