İdman
Azərbaycanın Liqa klubu anqolalı futbolçunu transfer edib
Azərbaycanın I Liqasında çıxış edən "Şahdağ Qusar" heyətini anqolalı futbolçu ilə gücləndirib. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son olaraq Finlandiyanın "Kokkolan" klubunda çıxış edən yarımmüdafiəçi Aqostinyo Çipesse ilə 5 ay+1 illik müqavilə imzalanıb. Qeyd edək ki, o, karyerası ərzində Portuqaliyanın "Jil Visente", "Vilaverdense", "Vilanovenses" klublarında oynayıb.
Mənbə
oxu.az