İdman

"Xankəndi" klubu beş futbolçusunu komandadan göndərdi

03 Feb 2026, 17:28 1 baxış
"Xankəndi" klubu beş futbolçusunu komandadan göndərdi
Azərbaycan II Liqasında mübarizə aparan "Xankəndi" beş futbolçusu ilə yollarını ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qış təlim-məşq toplanışını davam etdirən bölgə təmsilçisi qarşılıqlı anlaşma əsasında Əliəkbər Şəbiyev, Məhərrəm Məmmədli, Adəm Topalov, Mirkamil Əliyev və Hüseyn Mənəfli ilə vidalaşıb. Klub onlara göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb. Qeyd edək ki, "Xankəndi" hazırda II Liqanın turnir cədvəlində 39 xalla 2-ci yerdədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər