İdman

"Qarabağ"ın rəqibi kapitanı ilə yollarını ayırdı

03 Feb 2026, 17:40 1 baxış
"Qarabağ"ın rəqibi kapitanı ilə yollarını ayırdı
"Nyukasl Yunayted" klubu müdafiəçisi və kapitanı Camal Lassellslə yolları ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 2015-ci ildən İngiltərə təmsilçisində çıxış edən 32 yaşlı müdafiəçi "Lester Siti" klubuna transfer olub. Təcrübəli futbolçu "Nyukasl Yunayted"in heyətində ümumilikdə 253 oyuna çıxıb. Xatırladaq ki, fevralın 18-də UEFA Çempionlar Liqasının play-off mərhələsində "Qarabağ" Bakıda "Nyukasl Yunayted"ə qarşı ilk görüşünü keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.
"Qarabağ"ın rəqibi kapitanı ilə yollarını ayırdı
Mənbə oxu.az

Oxşar Xəbərlər