Digər
İndoneziyada ölənlərin sayı artdı
İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 74-ə çatıb.
Axar.az xəbər verir ki, bu barədə “Tempo” portalı məlumat yayıb.
Məlumata görə, altı nəfər hələ də itkin düşmüş hesab olunur.
Qeyd edək ki, torpaq sürüşməsi yanvarın 24-də Qərbi Yava əyalətinin Qərbi Bandunq rayonunda baş verib.
Mənbə
axar.az