Dünya
Rusiyalı dənizçi Dubayda lotereyada bir milyon dollar uddu - FOTO
Rusiyalı dənizçi BƏƏ-nin Dubay şəhərində keçirilən "Dubai Duty Free Millennium Millionaire" lotereyasında bir milyon dollar udub. Oxu.Az "Khaleej Times" nəşrinə istinadən xəbər verir ki, o, yuxuda Dubayda lotereyada qalib gəldiyini görüb. Ertəsi gün internetdə məlumat axtaran dənizçi lotereyanı taparaq bilet almağa başlayıb və yeddi il sonra arzusu gerçəkləşib. Qeyd olunur ki, uduş barədə ona avqustun 12-də, Vladivostokda məlumat verilib. Dubaydan gələn zəngi əvvəlcə dələduzluq hesab ediblər. O, uduşun böyük hissəsini üç övladının təhsilinə xərcləmək, həmçinin pulun bir hissəsini xeyriyyə məqsədilə istifadə etmək niyyətindədir. Rusiyalı, həmçinin övladlarının təhsil müddətində Dubayda yaşaya bilməsi üçün pulun bir hissəsini daşınmaz əmlaka yatırmağı düşünür.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az