Dünya

Almaniyada yalnız qaradərililər üçün hovuz mübahisəyə səbəb oldu - FOTO

15 Aug 2026, 07:00 2 baxış
Almaniyada yalnız qaradərililər üçün hovuz mübahisəyə səbəb oldu - FOTO
Almaniyanın paytaxtı Berlində yalnız qaradərili ziyarətçilər üçün altı saatlıq tədbirin keçirilməsi planlaşdırılan ictimai hovuz ətrafında mübahisə yaranıb. Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, hovuz avqustun 14-də saat 12:00-dan 18:00-dək digər ziyarətçilər üçün bağlı olmalı idi. Tədbir ayrı-seçkiliyə qarşı fəaliyyət göstərən "Every One Teach One" layihəsi ilə birgə təşkil olunub. Qərar hovuzun əvvəldən hamı üçün pulsuz və inklüziv ictimai məkan kimi təqdim edilməsi və tikintisinə təxminən 300 min avro xərclənməsi səbəbilə tənqid edilib. Müzakirələrdən sonra tədbir ləğv olunub. Hovuz rəhbərliyi qərarı təhlükəsizliklə əlaqələndirib və qaradərili ziyarətçilər üçün nəzərdə tutulan təşəbbüsün irqçi hücum və təhdidlərə məruz qaldığını bildirib.
{{gallery}}
Almaniyada yalnız qaradərililər üçün hovuz mübahisəyə səbəb oldu - FOTO Almaniyada yalnız qaradərililər üçün hovuz mübahisəyə səbəb oldu - FOTO Almaniyada yalnız qaradərililər üçün hovuz mübahisəyə səbəb oldu - FOTO Almaniyada yalnız qaradərililər üçün hovuz mübahisəyə səbəb oldu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər