Dünya
ABŞ-də "Roblox" həyəcanı: Uşaqlara qarşı cinayət iddiaları ARAŞDIRILIR
ABŞ-də "Roblox" oyun platformasında uşaqlara qarşı mümkün cinsi xarakterli cinayətlərlə bağlı araşdırmaya başlanıldığı açıqlanıb. Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Missuri ştatından respublikaçı senator Coş Houli və İllinoys ştatından demokrat senator Dik Durbin məlumat veriblər. Senatorlar "Roblox" platformasında yetkin istifadəçilərin uşaqlarla tanış olduqdan sonra onlara qarşı ciddi zorakılıq törətdiyi və zərər verdiyi bir neçə hadisəni xatırladıblar. "Roblox" uşaqlarımızın təhlükəsizliyi və rifahından daha çox gəlirə və aktivlik göstəricilərinə üstünlük verir. Platformada ehtimal olunan cinayət fəaliyyəti Konqres tərəfindən araşdırılmalıdır", - deyə senatorlar bildiriblər.
Mənbə
oxu.az