İdman

Misli Premyer Liqasında həyəcan davam edir: Bu gün iki maraqlı görüş var

15 Aug 2026, 09:00 2 baxış
Misli Premyer Liqasında həyəcan davam edir: Bu gün iki maraqlı görüş var
Bu gün Misli Premyer Liqasında I turun növbəti oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, yeni mövsümün ikinci oyun günündə "Araz-Naxçıvan" "İmişli" ilə, "Sabah" isə "Kəpəz"lə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək "Araz-Naxçıvan" - "İmişli" matçı saat 18:30-da başlayacaq. "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Kəpəz" qarşılaşması isə saat 20:45-də start götürəcək. Qeyd edək ki, turun növbəti oyununda "Sumqayıt" "Neftçi"ni, "Zirə" isə "Şəfa"nı avqustun 16-da qəbul edəcək. Tura avqustun 17-də keçiriləcək "Qarabağ" - "Şamaxı" matçı ilə yekun vurulacaq. Mövsümün ilk qarşılaşmasında isə ötən gün "Turan Tovuz" öz meydanında "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib 15 avqust Misli Premyer Liqası I tur 18:30, "Araz-Naxçıvan" - "İmişli". Qəbələ şəhər stadionu. 20:45, "Sabah" - "Kəpəz". "Bank Respublika Arena".
Mənbə oxu.az

Oxşar Xəbərlər