Digər

Bunu etsək, Ukrayna məhv olacaq - Pistorius

02 Feb 2026, 09:00 2 baxış
Bunu etsək, Ukrayna məhv olacaq - Pistorius

Ukraynanın Qərbin dəstəyinə həyati olaraq ehtiyacı var.


Axar.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.


Pistoriusun fikrincə, Ukraynaya dəstəyin dayandırılmasının iki nəticəsi olacaq:


"Birincisi, Ukrayna sabah məhv olacaq, ikincisi, bu, bizə indi onu dəstəkləməkdən xeyli baha başa gələcək".


Pistorius əlavə edib ki, Almaniya Avropanın ən böyük, dünyanın isə üçüncü iqtisadiyyatıdır:


"Almanlar bu rola layiqincə cavab verməlidir. Avropada hərbi təhlükə var, çünki yaxınlıqda Ukraynada genişmiqyaslı müharibə davam edir. Putin həmişə açıq şəkildə bildirib ki, onu yalnız Ukrayna narahat etmir".

Mənbə axar.az

Oxşar Xəbərlər