İdman

"Yuventus" "Parma"nı darmadağın etdi

02 Feb 2026, 02:04 1 baxış
"Yuventus" "Parma"nı darmadağın etdi
İtaliya A Seriyasının 23-cü turunda "Parma" və "Yuventus" arasında keçirilən oyun başa çatıb. Oxu.Az xəbər verir ki, oyun Parma şəhərindəki "Ennio Tardini" stadionunda baş tutub. Françesko Furnonun hakimliyi ilə keçirilən görüşdə Turin komandası səfərdə 1-4 hesabı ilə inamlı qələbə qazanıb.
Yuventus 23 oyundan 45 xalla İtaliya çempionatında dördüncü yerdədir. Lider "İnter"dən 10 xal geri qalır. "Parma" isə 23 xalla A Seriyasında 15-ci yerdə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər