İdman

"Yuventus"dan İkardi ilə bağlı açıqlama

02 Feb 2026, 01:48 1 baxış
"Yuventus"dan İkardi ilə bağlı açıqlama
"Yuventus" "Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardinin transfer xəbərləri ilə bağlı açıqlama verib. Oxu.Az "TRT haber"ə istinadən xəbər verir ki, İtaliya nəhənginin futbol direktoru Corco Kyellini argentinalı futbolçunun klubun transfer gündəmində olmadığını bildirib. Hücum xəttini gücləndirmək istəyən "Yuventus" haqqında danışan C.Kyellini bu xəbərlərin texniki direktorun ümumi qiymətləndirməsindən qaynaqlandığını deyib. O, klubun hazırkı maliyyə strukturuna uyğun oyunçu axtardıqlarını vurğulayıb və İkardinin transferinin bu çərçivədə mümkün olmadığını söyləyib. Bu arada, "Qalatasaray"da Mauro İkardi bu mövsüm 29 matçda 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər