Digər

Rusiya ilə birbaşa danışa bilməyik - Barro

02 Feb 2026, 01:17 2 baxış
Rusiya ilə birbaşa danışa bilməyik - Barro

Avropa ölkələri Rusiya ilə birbaşa danışa bilməlidir.


Axar.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro "Libération" qəzetinə verdiyi müsahibədə bildirib.


"Hazırda Ukraynanın əsas maliyyə və hərbi dəstəkçiləri olan avropalılar məsuliyyəti başqasına ötürmədən öz maraqlarını müdafiə etmək üçün ünsiyyət kanalına malik olmalıdırlar", - deyə XİN rəhbəri bildirib.


Barronun sözlərinə görə, Fransa heç vaxt Rusiya ilə dialoqun mümkünlüyünü istisna etməyib.


Lakin o hesab edir ki, belə dialoq Ukrayna və onun Avropa tərəfdaşları üçün faydalı və şəffaf olması şərti ilə aparılmalıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər