İdman

İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə xal itirdi

01 Feb 2026, 22:44 1 baxış
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə xal itirdi
İngiltərə Premyer Liqasının 24-cü turunda "Tottenhem Hotspur" və "Mançester Siti" arasında keçirilən oyun başa çatıb. Oxu.Az xəbər verir ki, oyunda tərəflər sülh imzalayıblar - 2:2. 11-ci dəqiqədə Rayan Şerki hesabı açıb və "şəhərliləri" irəli çıxarıb. 44-cü dəqiqədə Antuan Semenyo qonaqların üstünlüyünü ikiqat artırıb. 53-cü və 71-ci dəqiqələrdə Dominik Solanke dubla imza atıb.
Bu oyundan sonra "Tottenhem" 29 xalla 14-cü yerdədir. "Şəhərlilər" 47 xalla ikinci pillədə qərarlaşıb. 25-ci turda "Tottenhem" "Mançester Yunayted" (7 fevral), "Mançester Siti" isə "Liverpul" (8 fevral) ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər