İdman

"Qarabağ" bu komandanı məğlub etdi

01 Feb 2026, 20:43 1 baxış
"Qarabağ" bu komandanı məğlub etdi

"Qarabağ" Misli Premyer Liqasında "Turan Tovuz"u məğlub edib.


Axar.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 1:0 hesabı ilə yekunlaşıb.


41-ci dəqiqədə Abdullah Zubir fərqlənib.


Bu nəticədən sonra xallarının sayını 39-a çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. Ehtiyatda daha bir oyunu olan Tovuz klubu 30 xalla üçüncü sıradadır.


Günün ilk matçında "Neftçi" "Araz-Naxçıvan"ı dörd cavabsız qolla üstələyib.


Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Qəbələ" "İmişli"ni (3:2), "Şamaxı" "Kəpəz"i (2:0), "Sabah" "Zirə"ni (3:1) məğlub edib.

Mənbə axar.az

Oxşar Xəbərlər