İdman
Amerikalı boksçu zərbələri ilə rəqibinin parikini qopardı
Amerikalı ağır çəkili boksçu Kinqlsi İbe döyüş zamanı rəqibi Carrell Millerin başındakı pariki qoparıb. Oxu.Az aif.ru-ya istinadən xəbər verir ki, döyüş Nyu-Yorkun "Medison Skver Qarden" idman kompleksində baş tutub.
Qeyd olunub ki, C.Millerin taxma saçı buraxdığı bir neçə zərbə nəticəsində yerindən oynayıb. Bu, ikinci raundun sonunda baş verib. Döyüşün fasiləsində o, pariki tamamilə çıxararaq kütləyə atıb. Görüşün yekununda hakimlər qələbəni 37 yaşlı Millerə veriblər. Döyüşdən sonra o, saçının bu yaxınlarda töküldüyünü bildirib. Boksçunun sözlərinə görə, buna səbəb anasından götürdüyü saç baxımı vasitəsi olub.

Mənbə
oxu.az