Digər

Balkanlar Ukraynadan daha tez AB üzvü olacaq - Tayani

01 Feb 2026, 16:55 2 baxış
Balkanlar Ukraynadan daha tez AB üzvü olacaq - Tayani

Balkan ölkələri AB-yə üzvlük prosesində Ukraynadan üstünlüyə malikdirlər.


Axar.az xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tayani deyib.


"Biz Ukraynanın AB-yə üzvlüyünü dəstəkləyirik, lakin Balkanlar birinci yerdədir. Biz onlara öhdəliklər götürmüşük və onlar bizim prioritetimizdir. Martın 3-də Romada "Balkanların Dostları" görüşünü keçirəcəyik. Aprelin 1-də Serbiyaya dəstəyimizi ifadə etmək üçün Almaniyanın xarici işlər naziri Vadefulla birlikdə Belqrada gedəcəyik. Biz Ukraynanın öz yolu ilə getməsinə də kömək edəcəyik", - Tayani bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər