Digər
Əbu-Dabidə görüş bu tarixlərdə olacaq - Zelenski
Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi 4-5 fevral tarixlərində Əbu-Dabidə keçiriləcək.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Danışıqlar qrupumuz indi məlumat verdi. Növbəti üçtərəfli görüşlərin tarixləri müəyyən edilib: 4 və 5 fevralda Əbu-Dabidə. Ukrayna əsaslı müzakirələrə hazırdır", - Zelenski bildirib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsinin 1-2 fevral tarixlərində keçiriləcəyi bildirilmişdi. İlk mərhələ 23-24 yanvarda baş tutmuşdu.
Mənbə
axar.az