Digər

Samir narkotik asılılığından danışdı: Özümü atmaq istəyirdim

01 Feb 2026, 14:28 2 baxış
Samir narkotik asılılığından danışdı: Özümü atmaq istəyirdim

Narkotik istifadə etdiyim vaxtlarda elə vəziyyətə düşmüşdüm ki, hətta özümü balkondan atmaq istəyirdim. Sonra ayıldım ki, bu məndən güclü olmamalıdır. Müalicə aldım və dönüş oradan başladı.


Axar.az xəbər verir ki, bu fikirləri müğənni Samir Bağırov Baku TV-də yayımlanan “Qapqara” verilişində səsləndirib.


Müğənni həmin dövrü həyatının ən qaranlıq mərhələsi adlandırıb.


Samir Bağırov verilişdə "kişilik" anlayışına münasibətini də bölüşüb:


"Kişilik bədənə aid məsələ deyil. Kişilik insanın içində olmalıdır - tərbiyə, mədəniyyət və s. Bu, fiziki anlayış deyil, daxili keyfiyyətdir".

Mənbə axar.az

Oxşar Xəbərlər