Digər

Bu ölkədə Trampı saymadılar: Baş nazir o olacaq

01 Feb 2026, 13:45 2 baxış
Bu ölkədə Trampı saymadılar: Baş nazir o olacaq

İraqın şiə siyasi bloku olan Koordinasiya Mərkəzi ABŞ Prezidenti Donald Trampın xəbərdarlığına baxmayaraq, keçmiş baş nazir Nuri əl-Malikinin növbəti hökumətə rəhbərlik etməsini dəstəklədiyini bir daha təsdiqləyib.


Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.


Məlumata görə, parlamentdə çoxluğa sahib olan blok 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra İraqın ilk baş naziri olmuş Nuri əl-Malikini seçkilərdən sonra bu vəzifəyə namizəd kimi irəli sürüb.


“Baş nazirin seçilməsi İraq üçün tamamilə konstitusiya məsələsidir və xarici müdaxilə olmadan həyata keçirilməlidir”, - blokun yaydığı bəyanatda qeyd olunub.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Nuri əl-Malikinin yenidən baş nazir olacağı təqdirdə İraqa yardım etməyəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər