Digər
İran Avropa ordularını terror təşkilatı kimi tanıdı
İran parlamenti Avropa Birliyi ölkələrinin silahlı qüvvələrini terror təşkilatları kimi tanıyıb.
Axar.az xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf deyib.
“Cavab addımları” Qanununun 7-ci maddəsinə əsasən, SEPAH-ın terror təşkilatı kimi tanınmasına cavab olaraq, Avropa ölkələrinin silahlı qüvvələri terrorçu qruplar hesab olunur və bu hərəkətlərin nəticələri AB-nin üzərinə düşəcək”, - Qalibaf bildirib.
Mənbə
axar.az