Digər

Şara Makronla danışdı

01 Feb 2026, 10:45 2 baxış
Şara Makronla danışdı

Suriya Prezidenti Əhməd əş-Şara ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.


Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.


Məlumata görə, tərəflər regiondakı inkişafı və sabitliyin təşviqi səylərini müzakirə ediblər.


Müzakirə zamanı həmçinin Suriya hökuməti ilə SDQ terror qruplaşması arasında əldə edilən hərtərəfli razılaşma müzakirə olunub. Makron razılaşmanı dəstəklədiyini bildirib və onun Suriyanın birliyi və suverenliyini təmin edəcək şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər